RU

Rusiyada sülh tərəfdarları önə keçdi - Ukraynada da əksəriyyət atəşkəs istəyir

Noyabrda “Russian Field” tədqiqat şirkəti tərəfindən keçirilən sorğuda iştirak edən rusiyalıların 53%-i Rusiyanın sülh danışıqlarına keçməsinin tərəfdarı olub. Bu, müharibə başlayandan bəri ən yüksək göstəricidir.

Respondentlərin 36%-i döyüş əməliyyatlarının davam etdirilməsinin tərəfdarı olub. Bu, 2022-ci ilin martından bəri ən minimum göstəricidir. 2023-cü ilin fevral ayından etibarən sülh danışıqları tərəfdarlarının sayının artması və müharibə istəyənlərin sayının azalması tendensiyası müşahidə olunur.

Sülh danışıqlarına ən çox dəstəyi qadınlar (59%), gənclər (68%), aztəminatlı ruslar (59%), onlayn media və teleqram kanallarının auditoriyası (hər biri 51%) göstərir. Peşəkar səviyyədə danışıqlara keçid daha çox İT, ticarət və səhiyyə işçiləri tərəfindən, müharibənin davam etdirilməsi isə sənaye işçiləri tərəfindən dəstəklənir.

Sabah sülh sazişinin imzalanarsa, onu respondentlərin 79% dəstəkləyərdi, sorğu iştirkaçılarının 60%-i isə ilkin şərt olmadan atəşkəs razılaşmasına razı olacaq.

Sorğuda iştirak edənlərin beşdə ikisi müharibə ilə bağlı şəxsən özlərinə təhlükə hiss edir. Ən böyük narahatlıqlar pilotsuz təyyarələrin zərbələri (27%), iqtisadi vəziyyət (20%), top atəşi (18%), səfərbərlik (17%) və yaxınlarının ölümü və ya yaralanmasıdır (12%).

Bundan əvvəl, noyabrın 19-da Ukraynada keçirilən analoji sorğunun nəticələri “Gallup” tədqiqat şirkəti tərəfindən dərc edilib. Rəy sorğularından belə nəticə çıxır ki, müharibə başlayandan bəri ölkənin tam qələbəyə qədər Rusiya ilə müharibə aparmalı olduğuna inanan ukraynalıların sayı demək olar ki, yarıya qədər azalıb. 2024-cü ildə respondentlərin 52%-i Kiyevin sülh danışıqlarına mümkün qədər tez başlamasını, 38%-i isə müharibənin qalibiyyətlə davam etdirilməsinin tərəfdarı olduğunu bildirib.

“AzPolitika.info”

Избранный
20
azpolitika.info

1Источники