RU

Naxçıvanda yanıq xəsarətləri alan şəxs xəstəxanada vəfat edib

Babək rayonunda qaz sızması nəticəsində baş verən partlayış zamanı xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Babək rayon Cəhri qəsəbəsində bir neçə gün bundan öncə partlayış nəticəsində yanıq xəsarətləri alan R.Cəfərov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib.

Məlumat üçün bildirək ki, hadisə noyabrın 12-də Babək rayon Cəhri qəsəbəsində baş verib.

Hadisə nəticəsində ata və oğul yanıq xəsarətləri alıblar.
Избранный
10
7
7news.az

7Источники