RU

Bakıda COP29 keçirilir, buna görə də… - Paşinyan

Növbəti iclasda Ermənistan və Azərbaycan dövlət komissiyaları sərhədin hansı hissəsinin demarkasiyasına başlanacağına qərar verəcəklər.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan İctimai Televiziya müsahibəsində deyib.

O xatırladıb ki, oktyabrda keçirilən son iclasda komissiyalar sərhədin hansı hissələrinin demarkasiyasının davam etdirilməsi ilə bağlı qarşılıqlı əsasda təkliflər vermək barədə razılığa gəliblər:

“Ermənistan tərəfi öz yanaşmalarını, Azərbaycan tərəfi isə öz yanaşmalarını təqdim edib. Növbəti iclasda prosesin harada davam edəcəyinə qərar veriləcək. Məlum olduğu kimi, Azərbaycanda beynəlxalq konfrans keçirilir və ən azı belə bir anlayış var ki, bu proseslər COP29-dan sonra davam edəcək”./Axar.az/

Избранный
9
3
hurriyyet.az

4Источники