RU

“Ölkəyə külli miqdarda palma yağı gətirilir” — Ekspert

“Palma yağı iki cür olur. Biri palmanın toxumundan digəri isə meyvəsindən əldə edilir. Palmanın meyvəsindən alınan yağlar normal yağlardır. Toxumundan alınan yağlar isə kosmetika və digər sənayelərdə istifadə olunur. Palma yağına qarşı MDB məkanında və dünyanın digər hissəsində böyük basqı var. Çünki palma yağı İndoneziya və Malaziya kimi müsəlman ölkələrində istehsal olunur. Daha sonra çox ucuz qiymətə duru yağ bazarına daxil olur. Duru yağ bazarında qiymətləri öldürür. Xüsusən MBD məkanın media basqısı var ki, bu yağ MDB məkanına daxil olmasın. Meyvədən alınan isə təmiz yağ hesab olunur”.

Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib:

“Avropa və başqa ölkələrdə palma yağının satıldığını görə bilərik. Ən həssas qidalar olan körpə qidalarında da palma yağı görə bilərik. Böyük basqı ondan ötrüdür ki, duru yağ bazarına daxil olub, rəqabət mühitini dəyişməsin. Ölkəyə külli miqdarda palma yağı gətirilir. Azad İstehlakçılar Birliyi yağın gizlədilməsindən narahatdır.Ona görə də biz iki ay öncə AQTA-ya məktub yazmışıq. Xüsusən Rusiyadan idxal olunan və bəzi yerli istehsallar olan spred yağların tərkibində bitki yağı yazılır. Güman edirik ki, o, palma yağıdır. Onun adının yazılmasını biz tələb etmişik. Gizlədilməməlidir. Alıb almamaq istehlakçının seçimidir. Bitki yağı sözünün altında çoxlu yağlar istifadə edilə bilər. Palma sözü mütləq yazılmalıdır”.

Ekspert bildirib ki, sənaye üçün olan palma yağını qidada istifadə etmək doğru deyil:

“Əminəm ki, Azərbaycana gətirilən palma yağına AQTA ciddi nəzarət edir. 
Bir çox ölkələrdə guya palma ağacları qırılır, ekologiyaya zərər dəyir kimi arqument gətirərək palmanı antireklam edirlər. Burada da həqiqət yerini tapmır. Palma meşələri qırılsa, davamlı istehsal oluna bilməz. Palma yağından istifadə edən ölkələrdəki insanların ömrü heç də azərbaycanlılardan qısa deyil. Azərbaycan uzunömürlülük sıralamasında 190 ölkə içərisində 115-ci yerdədir. Palma yağının Azərbaycana gətirilməsi gizlədilməməlidir. Əgər zərəri varsa, mediada alınan informasiyalar yox, ciddi təhlillər edilməlidir. Təəssüf ki, bu həqiqət gizlədilir. İstehlakçıların seçim hüququ təmin edilməlidir. AQTA bu nəticənin əldə olunmasını təmin edə bilməyib”.

Əfsanə Kamal
Demokrat.az
Избранный
11
demokrat.az

1Источники