RU

Qəzaların çox olduğu prospektdə yenilik - FOTO

Bakının yol infrastrukturu və hərəkət təhlükəsizliyinin təkmilləşdirilməsi istiqamətində daha bir yenilik həyata keçirilib.

Day.Az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, 8 Noyabr prospekti ilə Qədir Məmmədov küçəsinin kəsişməsində hərəkətin təşkilində dəyişikliklər edilib.

Belə ki, layihənin icrasından əvvəl 8 Noyabr prospektindən Qədir Məmmədov küçəsinə sola dönmək mümkün deyildi. Eyni zamanda Qədir Məmmədov küçəsindən sola dönərək 8 Noyabr prospekti ilə hərəkət etmək mümkün olmurdu.

Yeni layihənin icrasından sonra isə svetofor obyektləri quraşdırılaraq hərəkətin təhlükəsiz və rahat təşkili təmin edilib.

Bu dəyişikliklər nəqliyyat vasitələrinin manevr imkanlarını genişləndirərək, hərəkətin buraxma qabiliyyətinin artmasına və yol-nəqliyyat hadisələrinin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, hazırda ərazidə nişanlanma işlərinin təşkili davam etdirilir.

Xatırladaq ki, 8 Noyabr prospektində əvvəllər çoxsaylı yol-nəqliyyat hadisələri qeydə alınırdı. Mütəxəssislər qəzaların azalması üçün işıqforların vacibliyini vurğulayırdı.

  • Qəzaların
  • Qəzaların
  • Qəzaların
  • Qəzaların
  • Qəzaların
  • Qəzaların
Избранный
9
15
day.az

10Источники