RU

Paşinyan Kazanda Əliyevə söz versə də... - "Hraparak"

Oktyabrda Kazan Azərbaycan və Ermənistan liderlərinin görüşəndən sonra Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan həmfikirləri ilə qapalı görüşdə eyforik şəkildə bəyan ediblər ki, onlar Azərbaycan prezidenti ilə əlaqə blokunun açılmasını müzakirə ediblər. Lakin İrəvan bu istiqamətdə heç bir addım atmır.

Azreform.info xəbər verir ki, bu barədə “Hraparak” yazır.

“Paşinyan və Mirzoyan əmin etdilər ki, bu, baş verərsə, Ermənistan çiçəklənəcək. Bildirilib ki, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xətti ilə yükdaşımaların başlanması ilə bağlı ilkin razılıq əldə olunub. Həmçinin bildirilib ki, yaxın vaxtlarda dəmir yolunun təmiri üçün tədbirlər görülməlidir.

Lakin Xarici İşlər Nazirliyindəki mənbələr bu istiqamətdə heç bir addım atılmadığını bildiriblər”, - nəşr yazıb.

Mürtəza
Azreform.info

Избранный
14
1
azreform.info

2Источники