RU

Klubların loqosunu səhv salıb, işdən çıxarılıb

Rusiya Premyer Liqasının XVI turunun “Orenburq” – “Zenit” qarşılaşmasının televiziya ilə yayımı zamanı texniki nöqsanlar yaranıb.

İdman.biz xəbər verir ki, “Zenit”in heyəti təqdim olunduğu zaman “Matç Premyer”də “Spartak”ın loqosu nümayiş etdirilib.

Bundan başqa, turun oyun cədvəli də eyni yanlışlıqla göstərilib. Dörd kluba “Spartak”ın, beş komandaya Moskva “Dinamo”sunun emblemi verilib.

“Matç TV”nin baş prodüseri Aleksandr Taşin bildirib ki, bu xətalar yayımın qrafik tərtibat üzrə tərəfdaşı olan təşkilatla bağlıdır: “Həmin şirkət qrafika operatorunu efir işindən azad etdi. Bizim mütəxəssislər isə növbəti yayımlarda belə halın yaşanmamasına çalışırlar. Yaranan duruma görə üzr istəyirəm”.

Qeyd edək ki, “Zenit” səfər oyununda 1:0 hesabı ilə qalib gəlib.

İdman.biz

Избранный
21
2
idman.biz

3Источники