RU

Qocalmanı ləngitmək üçün faydalı olan qidalar – SİYAHI

Qidalanma fiziki sağlamlığın ən vacib komponentlərindən biridir.

“Zdorovoye pitanie” portalı xəbər verir ki, düzgün qidalanma qocalmanı ləngidir.

Qocalmanı yavaşlatmaq üçün bəzi pəhriz vərdişlərinə də əməl etmək lazımdır. İlk növbədə kalori qəbulunu azaltmaq vacibdir. Bu, Yaponiya, İtaliya və Yunanıstanda yüzilliklər boyu tətbiq edilən pəhriz qaydasıdır.

Mütəxəssislər yaşlanmanın qarşısını almaq üçün aşağıdakı maddələrlə zəngin olan qidalardan müntəzəm istifadəni tövsiyə edirlər:

Fitesin (alma, şaftalı, tərəvəz);

Resveratrol (qırmızı qarağat);

Urolitin A (nar, qoz-fındıq).

Zülallar (ət, balıq, dəniz məhsulları);

Bitki lifi (tərəvəz və meyvələr);

Süd və fermentləşdirilmiş süd məhsulları (süd, kefir, kəsmik).

Mənbə yazır ki, yaşlı insanlar qida rasionuna ədviyyatları da daxil etməyi unutmamalıdırlar:

“Kəllə sümüklərində və əzələ tonusunda dəyişikliklər, eləcə də yaşla tüpürcək ifrazının azalması səbəbindən dad qavrayışı dəyişir. Yaş irəlilədikcə dad və qoxu getdikcə zəifləyir, nəticədə yeməklər əvvəlki cəlbediciliyini itirir. Yeməklərə sarımsaq, istiot, reyhan, oreqano, darçın və digər ətirli ədviyyatlar əlavə etmək iştahı yaxşılaşdırmağa kömək edir”./Bizim.Media

Избранный
14
1
turkustan.az

2Источники