RU

2100-cü ilə qədər 30 milyon insan ölə bilər

Bakı, TurkicWorld

Alimlər iqlim dəyişikliyi və havanın çirklənməsinin təsirlərini araşdırarkən narahatedici nəticələr ortaya çıxıbr.

TurkicWorld xəbər verir ki, Maks Plank Kimya İnstitutunun mütəxəssislərinin apardığı tədqiqata görə, bu iki amil birlikdə 2100-cü ilə qədər təxminən 30 milyon insanın ölümünə səbəb ola bilər.

Araşdırma 2000-2090-cı illəri əhatə edib və məlumatlar 10 illik dövrlər üzrə təhlil edilib.

Tədqiqatın nəticələrinə əsasən, ölüm halları əsasən Cənubi və Şərqi Asiyada cəmlənəcək. Bu proqnozun əsas səbəbləri arasında regionun sürətlə qocalan əhalisi və havanın çirklənməsi ilə bağlı uzunmüddətli problemlər yer alır.

Qərbi Avropa, Şimali Amerika, Avstraliya və Asiya-Sakit okean hövzəsi kimi yüksək gəlirli bölgələrdə isə ekstremal temperatur səbəbindən baş verən ölümlərin, havanın çirklənməsi ilə əlaqədar ölümləri üstələyəcəyi proqnozlaşdırılır.

Xüsusilə ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya və Yeni Zelandiya kimi ölkələrdə bu tendensiyanın artıq müşahidə edildiyi vurğulanır.

Birləşmiş Millətlər Təşkilatının dərc etdiyi son hesabatda isə xəbərdarlıq edilir ki, əsrin sonuna qədər qlobal temperatur 3,1 dərəcə artaraq "fəlakət ssenarisi"ni reallaşdıra bilər.

Mütəxəssislər vurğulayırlar ki, iqlim dəyişikliyi və havanın çirklənməsinə qarşı daha təsirli siyasətlər tətbiq olunmadığı təqdirdə, bu cür ölüm halları qaçılmaz olacaq.

Xüsusilə əhalinin sıx məskunlaşdığı və aztəminatlı ərazilərdə yaşayan insanlar üçün bu vəziyyət ciddi təhlükə yaradır.

Избранный
26
turkic.world

1Источники