RU

İranlı analitik: “Rusiyanın “Oreşnik” raketindən istifadəsi özünü müdafiədir”

Rusiyanın “Oreşnik” orta mənzilli raket sistemlərindən istifadə etməsi Rusiya üçün yeni təhdidlər qarşısında profilaktik müdafiə aktıdır və ABŞ-ın Qərb silahları ilə Rusiya Federasiyasına dərindən zərbə endirmək icazəsinə cavabdır.

Demokrat.az
xəbər verir ki, bunu İranın iqtisadi və siyasi analitiki Ruhullah Modabber deyib.

“Oreşnik” hipersəs ballistik raketlərinin istifadəsi ABŞ-ın düşmən siyasətinə cavab, Kiyev rejiminə Rusiya ərazisinə hücum icazəsi, eləcə də Rusiya Federasiyasının yeni təhdidlər qarşısında profilaktik müdafiə aktı idi”, - deyə o bildirib.

Bir gün əvvəl Misir Hərbi-Hava Qüvvələrinin istefada olan general-mayoru Hişam əl-Hələbi bildirib ki, “Oreşnik” hipersəs raketinin Ukraynada buraxılması  Rusiya prezidenti Vladimir Putinin kollektiv Qərbə açıq mesajıdır.

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerikanın ATACMS və Britaniyanın “Storm Shadow” raketlərinin Rusiyadakı hədəflərə hücumlarından sonra xüsusi çıxış edib. Dövlət başçısı bildirib ki, Qərb ölkələrinin hərəkətlərinə cavab olaraq Rusiya  ən son “Oreşnik” orta mənzilli raket kompleksindən istifadə etməklə Dnepropetrovskdakı “Yujmaş” hərbi zavodunu vurub.


Əfsanə Kamal
Demokrat.az
Избранный
46
32
demokrat.az

10Источники