RU

Harri Keyn Bundesliqa rekordu qırdı

Bakı. Trend:

"Bavariya"nın futbolçusu Harri Keyn Bundesliqada yenirekorda imza atıb.

Trend xəbər verirki, 31 yaşlı hücumçu ötən gecə Bundesliqanın 11-ci turunda"Auqsburq"la oyunda het-trik edib.

Nəticədə o, Almaniya çempionatında vurduğu qollarınsayını 50-yə yüksəldib. Keynə bu göstəriciyə çatmaq üçün cəmi 43matç lazım olub.

Nəticədə Harri "Borussiya"nın (Dortmund) sabiqfutbolçusu Erlinq Haalandı geridə qoyub və yeni rekord qırıb.Hazırda "Mançester Siti"nin formasını geyinən Haaland Bundesliqada50 qol həddinə 50 matça çatmışdı.

Qeyd edək ki, Harri Keyn ötən ilin yayında"Tottenhem"dən "Bavariya"ya keçib.

Избранный
11
2
az.trend.az

3Источники