RU

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

ABŞ-ın Texas ştatının Marshall şəhərində federal münsiflər heyəti, cümə günü yaddaş texnologiyaları sahəsində ixtisaslaşmış "Netlist" şirkətinə qarşı patent hüquqlarını pozduğu üçün "Samsung Electronics" şirkətinə 118 milyon dollar məbləğində cərimə kəsib. 

Valyuta.az xəbər verir ki, bu qərar ötən il "Netlist" şirkətinin lehinə verilmiş 303 milyon dollarlıq digər bir hökmün davamıdır. Həmin işdə də "Samsung" patent pozuntusunda ittiham olunmuşdu.  

Bundan əlavə, "Netlist" bu ilin may ayında çip istehsalçısı "Micron" şirkətinə qarşı eyni patentlər əsasında irəli sürdüyü iddiada 445 milyon dollar məbləğində təzminat qazanıb.  

Həm "Samsung", həm də "Netlist" nümayəndələri cümə günü verilmiş hökmə dair şərh verməkdən imtina ediblər. Münsiflər heyəti "Samsung"un patent pozuntusunun qəsdən törədildiyi qənaətinə gəlib ki, bu da hakimin təzminat məbləğini üç dəfəyə qədər artırması ilə nəticələnə bilər.  

"Netlist" 2022-ci ildə "Samsung"u məhkəməyə verərək, Cənubi Koreya texnologiya nəhənginin bulud serverləri və məlumatların intensiv işlənməsi üçün istifadə olunan yaddaş modullarının onun patentlərini pozduğunu iddia edib. Şirkət bildirib ki, onların innovasiyaları yaddaş modullarının enerji səmərəliliyini artırır və istifadəçilərə böyük həcmdə məlumatdan daha qısa müddətdə faydalı nəticələr əldə etməyə imkan yaradır.  

"Samsung" isə ittihamları rədd edərək, patentlərin etibarsız olduğunu və onun texnologiyasının "Netlist"in ixtiralarından fərqli işlədiyini müdafiə edib.  

Bununla yanaşı, "Samsung" ABŞ-ın Delaver ştatında "Netlist"ə qarşı beynəlxalq standartlara uyğun texnologiyalar üçün ədalətli lisenziyalar təqdim etmək öhdəliyini pozduğunu iddia edərək əlavə məhkəmə işi qaldırıb.  

Rəhim

Избранный
15
valyuta.az

1Источники