RU

Qurban Qurbanov: “Nə olur olsun, millimizin yanında olmalıyıq”

“Qarabağ” Premyer Liqanın XIV turu çərçivəsində səfərdə “Səbail”i məğlub edərək, yenidən liderliyə yüksəlib – 3:0.

Futbolpress.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyun barədə fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:


“Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq. Daha yaxşı oyun gözləyirdim. “Səbail” ciddi rəqibdir. Meydança amili keyfiyyətli oyun oynamağa mane olurdu. Qarşımızda istəkli komanda var idi. “Səbail”in potensialı var. Cavid Hüseynova uğurlar arzu edirəm”.

– Əsas heyətin meydana çıxmasının səbəbi nə idi?

– “Araz Naxçıvan”la bağlı heç bir düşüncə yox idi. Hazır futbolçuları meydana buraxdıq. Bizə lazım olan heyəti qurduq.

– “Lion”a hazırlıq necə gedir? Bədavinin zədələnməsi necə təsir göstərəcək?

– Bədavinin zədələnməsini istəməzdik. Son zamanlar yaxşı formada idi. Müdafiədə əsas futbolçu idi. Fasilədən sonra ilk dəfə birlikdə idik. Vaxtımız azdı. Oyunçuların hazır olmasını çox istəyirəm. Qarşıdakı üç gün ərzində komandanı hazırlamağa çalışacağıq. “Lion” topla çox yaxşı oynayır. Məşqlərdə oyunçulara onları daha yaxşı tanıdacağıq.

– Futbolçularınızın millidə oyununu necə dəyərləndirirsiniz?

– Mənim üçün ən çətin suallardan biri milli ilə bağlıdı. Mən heç bir millininin futbolçusunu ayırmaq istəmirəm. Hər biri öz ölkəsi üçün oynayır. Bəzən belə oyunlar olur. Hamının başına gələn hesablardır. Əlavə fikirlər yayılmasını istəmirəm. Nə olur olsun, millimizin yanında olmalıyıq. Hər kəsin fikirinə hörmət edirəm. Mənim hansısa fikir bildirməyim düzgün olmaz.

– Sizi yenidən millidə baş məşqçi kimi görə bilərik?
– Hər qurumun öz idarəciləri var. Hazırda “Qarabağ”dayam. Qarşıma qoyulan məqsəd futbolçuların keyfiyyətini daha da yaxşılaşdırmaqdır. Fikrim öz komandamdadır.

– Fernandu Santuşun işini necə dəyərləndirirsiniz?

– Hər birimiz Fernandu Santuşa hörmətlə yanaşırıq. Hər kəs istəyir öz işində yaxşı nəticələr qazansın.

Избранный
30
1
futbolpress.az

2Источники