RU

Trampdan SƏRT GEDİŞ - 4 milyon ailə ayrılacaq

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın miqrantların kütləvi deportasiyası ilə bağlı planları həyata keçirildikdə ən azı 4 milyon ailə ayrılacaq.

Referans.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

“Trampın kütləvi deportasiyası nəticəsində 4 milyona qədər qarışıq ailə ayrıla bilər”, - məlumatda qeyd edilib.

Söhbət bəzi üzvlərinin ABŞ vətəndaşı, digərlərinin isə qeyri-qanuni mühacir olduğu ailələrdən getdiyi vurğulanır.

Noyabrın 18-də Donald Tramp hərbi resurslardan istifadə edərək və fövqəladə vəziyyət tətbiq etməklə qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq niyyətini təsdiqləyib.

“Judicial Watch” mühafizəkar təşkilatının rəhbəri Tom Fittonun “Truth Social” sosial şəbəkəsində yazdığı yazıya cavab olaraq Tramp yuxarıdakı hərəkətləri təsvir edərək “Doğrudur!!!” yazıb.

Noyabrın 21-də Trampın müttəfiqi, amerikalı sahibkar və milyarder İlon Mask bildirib ki, ABŞ-a qanuni miqrasiya prosesi yavaş və mürəkkəbdir, ona görə də onu sadələşdirmək lazımdır.

Избранный
28
referans.az

1Источники