RU

Milli Gimnastika Arenasında idman gimnastikası üzrə çempionat başlayır

Bakıda 29-cu kişi idman gimnastikası üzrə, 8-ci qadın idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyi keçiriləcək.

Fins.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, yarışlarda müxtəlif yaş kateqoriyalarında olan gimnastlar mübarizə aparacaqlar:

  • Balacalar (2015-2016)
  • Kiçiklər (2017)
  • Uşaqlar (2013-2014)
  • Yeniyetmələr (2011-2012)
  • Gənclər (2007-2010)
  • Böyüklər (2006 və daha böyük)

İdmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar və turnik üzrə proqramlarda öz məharətlərini göstərəcəklər.

Yarışlar noyabrın 25-26-da Milli Gimnastika Arenasında təşkil olunacaq.

Избранный
16
20
fins.az

10Источники