Bir çox ölkələr qalıq yanacaqdan imtina etməklə bağlı qərarında qətidir.
"Report" xəbər verir ki, bunu İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda bu məsələ davamlı müzakirə edilməli mövzudur: "Biz qalıq yanacaqdan imtina ilə bağlı davamlı fəaliyyət göstərməliyik. Bu mövzu 150-180 ölkəni birləşdirən alət rolunu alıb".