RU

Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ

"Avropa İttifaqı ABŞ-ın yeni sanksiyaları səbəbindən qaz böhranı ilə üzləşib".

Publika.az xəbər verir ki, bunu “Regnum” xəbər agentliyi ilə söhbətində neft və qaz bazarı üzrə ekspert Vladimir Demidov deyib.

O qeyd edib ki, söhbət Vaşinqtonun “Qazprombank”a qarşı noyabrın 21-də tətbiq etdiyi sanksiyalardan gedir:

"İndi Rusiya Federasiyasından qaz alan Avropa dövlətləri tez bir zamanda alternativ ödəmə üsulları tapmalı olacaqlar və bu, asan olmayacaq. “Qazprom” müştərilərinin müxtəlif ödəniş cədvəlləri var.

“Qazprom” adətən danışıqlar zamanı, hətta ödəniş qrafiki pozulsa belə, müştərilərə qaz tədarükünü dayandırmır. “Avstriya, Çexiya və Macarıstandan qarşılıqlı addımlar görünsə, o zaman “Qazprom” tədarükü davam etdirəcək".

Избранный
42
4
publika.az

5Источники