RU

Bakıda COP29-un bağlanış plenar sessiyası... - 300 milyard təsdiqləndi + VİDEO (YENİLƏNİB)

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyası keçirilib.

Mia.az iclasdan canlı yayımı təqdim edir:

***

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi başa çatıb.

COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub.

Mia.az xəbər verir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

COP29-da Paris Sazişinin 6-cı maddəsinin tam icrasına nail olunub, beynəlxalq karbon bazarları açılır.

Mia.az xəbər verir ki, COP29 Sədrliyi bu gün Paris Sazişinin 6-cı maddəsinə əsasən yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqları yekunlaşdırmaq üçün onillik gözləmə müddətinin başa çatdığını elan edib.

COP29 prezidenti Muxtar Babayev deyib: “Biz onillik gözləməyə son qoyduq və 1,5 dərəcəni əlçatanlıqda saxlamaq üçün kritik aləti açdıq. İqlim dəyişikliyi transmilli məsələdir və 6-cı maddə transmilli həll yollarına imkan verəcək. Çünki atmosfer emissiyalara qənaətin harada əldə olunduğuna əhəmiyyət vermir”.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib: “Bu gün biz iqlim diplomatiyasında ən mürəkkəb və texniki problemlərdən birini çözmüşük. 6-cı maddəni başa düşmək çətindir, lakin onun təsiri bizim gündəlik həyatımızda aydın olacaq. Bu, kömür elektrik stansiyalarının dayandırılması, külək stansiyalarının tikintisi və meşələrin salınması deməkdir. Bu, inkişaf etməkdə olan dünyada yeni investisiya dalğası deməkdir”.

Bildirilib ki, Qlazqo və Şarm əl-Şeyxdə keçirilən COP-larda karbon bazarları üçün mühüm qaydalar, şərtlər və prosedurlar müəyyən edilsə də, 6-cı maddənin yekun əsas elementləri həll edilməmiş qalırdı: "COP29-dan əvvəl bu danışıqlar dalana dirənmişdi və iqlim sahəsində daha sıx beynəlxalq əməkdaşlığa gedən yolda baha başa gələn gecikmələrə səbəb olmuşdu.

COP29 Sədrliyi əvvəlki çoxtərəfli çıxılmaz vəziyyətləri aradan qaldıran məqsədyönlü bir yanaşma tətbiq etdi. İlboyu Sədrlik Tərəflər arasında məhsuldar əlaqələri asanlaşdırdı və konsensusa nail olmaq üçün texniki və siyasi müzakirələri birləşdirərək irəliləyişə nail oldu. Bu, COP29-un ilk günündə 6.4-cü maddənin standartlarının erkən qəbulu üçün zəmin yaratdı və bugünkü nəticəyə zəmin yaratdı".

COP29 Sədrliyi bugünkü tərəqqiyə nail olmaq üçün on il ərzində yorulmadan çalışan şəxslərə və təşkilatlara təşəkkürünü bildirir: "Bu gün 6-cı maddə üzrə yekdilliklə qəbul olunan qərarlar karbon bazarlarının ekoloji bütövlüyünün, şəffaflığının və etibarlılığının real, artan, yoxlanılan və ölçülə bilən tullantıların azaldılması və çıxarılması yolu ilə təmin edilməsində və qlobal iqlim sərmayəsini artırmaq üçün onların böyük potensialının açılmasında əsas rol oynayacaq.

Qəbul edilmiş təlimat və qaydalar karbon layihələrinin praktiki və inklüziv qalmasını təmin etmək, insan hüquqlarına hörmət etmək və davamlı inkişafı dəstəkləmək, ölkələrə və layihə tərtibatçılarına Paris Sazişi çərçivəsində inamla əməkdaşlıq etməyə imkan vermək üçün nəzərdə tutulub. Bu qərarların verilməsi onların təkamülünün sonu demək deyil. Tərəflər təcrübədən öyrəndikləri kimi 6-cı maddənin qaydalarına davamlı olaraq düzəliş edə bilərlər".

***

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasının yüksək səviyyəli təşkilinə görə Azərbaycana rəsmi təşəkkür elan edilməsi barədə qətnamə layihəsi qəbul olunub.

Mia.az xəbər verir ki, COP29-un prezidenti Muxtar Babayev layihəni səsverməyə çıxarmağı təklif edib.

Избранный
9
9
mia.az

10Источники