RU

COP29 uğurla başa çatdı - “Baerbokun Azərbaycana qarşı ittihamları qəbuledilməz idi”

COP29 uğurla başa çatdı.

Turkustan.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu barədə "X"-dakı paylaşımında bildirib.

O qeyd edib ki, mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi yer alıb və qlobal iqlim fəaliyyətinin tarixində “Bakı sıçrayışı” kimi iz buraxıb:

“Bununla belə, danışıqların ən mühüm və çətin anlarında, inkişaf etməkdə olan ölkələr və Qlobal Cənub Avropa İttifaqından, ümumilikdə isə Qərbdən konkret maliyyə öhdəlikləri gözlədiyi bir vaxtda Almaniyanın xarici işlər naziri Annalena Baerbokun Azərbaycana qarşı ittihamlar səsləndirməsi qəbuledilməz idi. Təəssüf ki, xanım Baerbok Almaniyanın qarşıdan gələn seçkilərini çoxtərəfli diplomatiya ilə birləşdirib, ehtimal ki, COP29-dan öz seçki kampaniyası üçün platforma kimi istifadə etməyə cəhd göstərir.

O hesab etməli idi ki, Avropanın liderlik nümayiş etdirə bilmədiyi, dünyanın geosiyasi baxımdan dərin qütbləşdiyi bir vaxtda bu çətin danışıqlar Almaniya kansleri və Avropa Komissiyasının iştirakı olmadan baş verdi. Lakin biz Almaniya və Avropa İttifaqının iqlim danışıqları üzrə qruplarının peşəkar töhfələrini və əməkdaşlığını qəbul edirik.

Dünya şahiddir ki, Azərbaycan COP29-un ev sahibi və sədri kimi nəticələrin əldə edilməsi üçün vicdanlı vasitəçi kimi çıxış etmişdir”.

Избранный
31
30
turkustan.az

10Источники