Bakının Suraxanı rayonunda ağır yol qəzası zamanı 16 yaşlı yeniyetmə dünyasını dəyişib.
News24.az APA-ya istinadən bildirir ki, hadisə Zığ şossesində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü İsmayılov Vüsal Aydın oğlu yaşadığı Binə qəsəbəsində atasına məxsus avtomobili qaçırıb.
O, idarə etdiyi maşını Zığ şossesində işıq dirəyinə çırpıb.
Qəza nəticəsində 16 yaşlı yeniyetmə dünyasını dəyişib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanıb.