RU

Şahmatçımız Veyk-Aan-Zee turnirində iştirak edəcək

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan şahmatçısı Aydın Süleymanlı nüfuzlu Veyk-Aan-Zee turnirində iştirak edəcək.

Hafta.az xəbər verir ki, təmsilçimiz “Tata Steel Chess”in B turnirində mübarizə aparacaq.

O, yarışın qalibi adını qazana bilsə, 2026-cı ildə “Masters” turnirində oynamaq hüququna yiyələnəcək. Bu vəsiqə üçün 14 iştirakçı mübarizə aparacaq. FİDE reytinqi 2632 olan şahmatçımız bu göstəricidə turnirdə 5-cidir.

Qeyd edək ki, Niderlanddakı turnir 2025-ci il yanvarın 17-də başlayacaq.

Избранный
4
2
hafta.az

3Источники