“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə Formula-1 üzrə dünya çempionatının qalibi olub.
Axar.az xəbər verir ki, o, buna Las Veqas Qran-prisini beşinci sırada başa vurmaqla nail olub.
ABŞ-dakı yarışda "Mersedes" sürücüsü Corc Rassel birinci olub. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci yeri tutub.
"Ferrari"dən Karlos Sayns üçlüyü tamamlayıb.
Qeyd edək ki, mövsümün başa çatmasına daha iki Qran-pri qalıb.