RU

““Qarabağ”, yaxud bir başqası bizim üçün önəmli deyil”

Sportinfo.az “Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin müsahibəsini təqdim edir:

- Premyer Liqanın 14-cü turunda “Zirə”ni 2:1 hesabı ilə məğlub etdiniz. Qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. “Zirə” çox yaxşı komandadır. Lakin bizim vəziyyətimiz elədir ki, hər matçda qələbə qazanmalı, xal ehtiyatımızı daha da artırmalıyıq. Çox şadam ki, istəyimizə çatdıq. Gərgin qarşılaşmada vacib 3 xal qazandıq.

- Demək olar ki, çempionatdakı fasilə “Neftçi”nin xeyrinə oldu?

- Əlbəttə, fasilə bizim üçün faydalı oldu. 2 həftə ərzində matça çox ciddi hazırlaşdıq. Çatışmazlıqlarımız üzərində çalışdıq. Bütün bunların bəhrəsini də “Zirə” ilə matçda meydanda gördük.

- Zədədən sonra ilk oyununuz idi və dərhal da qol vurdunuz. Təəssüratlarınız necədir?

- Qol vurmaq hər zaman xoşdur. Daim qol vurarkən şad oluram. Bu dəfə də istisna deyil. Zədə səbəbindən xeyli müddət kənarda qaldım. Nəhayət ki, geri döndüm və komandamın qələbəsində pay sahibi olduğum üçün sevinirəm. Ümid edirəm ki, qarşıdakı matçlar da həm mənim üçün, həm də “Neftçi” üçün uğurlu alınacaq.

- Necə düşünürsünüz, “Zirə” üzərində qələbənin ardı gələcək?

- Əlbəttə, bunun ardını gətirmək istəyirik. Elə vəziyyətdəyik ki, qələbələri sıralamalıyıq. Turnir cədvəlində mövqeyimiz yaxşı deyil. Vəziyyəti mümkün olduğu qədər tez dəyişməliyik.

- Növbəti matçınız “Qarabağ”a qarşı olacaq...

- Dediyim kimi, turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Ona görə də hər oyuna 3 xal üçün çıxırıq. Rəqibin “Qarabağ”, yaxud bir başqası olması önəmli deyil.

- “Neftçi”yə məhz “Qarabağ”dan gəldiyinizi nəzərə alsaq, qarşıdakı matçın sizin üçün xüsusi prinsipiallığı var?

- Xeyr, hər hansı bir prinsipiallıq yoxdur. Futboldur bu. Həyatda da belədir, sabah harada olacağını bilmirsən. Təbii ki, “Qarabağ”da xeyli dostum var. Amma bu, nəyisə dəyişmir. Hədəf yalnız qələbədir.

Избранный
5
1
sportinfo.az

2Источники