"Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionatının qalibi olub.
"Unikal" xəbər verir ki, o, bunu Las Veqas Qran-prisində yarışı beşinci sırada tamamlamaqla bacarıb.
ABŞ-dəki yarışda "Mercedes" sürücüsü Corc Rassel finişə birinci çatıb. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci, "Ferrari"dən Karlos Sayns üçüncü yeri tutub.
Qeyd edək ki, mövsümün başa çatmasına daha iki Qran-pri qalıb.