RU

Medvedyev: “Qərbə Ukraynaya nüvə silahı versə...”

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Rusiyanın nüvə doktrinasının yenilənməsi fonunda Qərb ölkələrinə nüvə silahlarının Ukraynaya ötürülməsi ideyası ilə bağlı xəbərdarlıq edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, o, müvafiq qeydlərini öz Telegram kanalında yerləşdirib.

“Qərb mediası dayanmadan ABŞ-yə Ukrayna atom silahı verməyi təklif edir. Xüsusilə Rusiyanın yeni nüvə doktrinasının qarşısının alınması fonunda əla ideyadır. Bizə də o qalır ki, nüvə texnologiyamızı ABŞ-ın potensial düşmənlərindən hansına ötürə biləcəyimizi düşünək”, - Medvedyev yazıb.

Bundan əvvəl “The Times” Ukrayna Müdafiə Nazirliyinin hesabatına istinadən yazıb ki, ABŞ-ın hərbi yardımı dayandırılacağı təqdirdə Kiyev sadə nüvə bombası yaratmağa cəhd edə bilər.

Musavat.com

Избранный
18
1
musavat.com

2Источники