RU

Ukrayna səfirindən ŞOK AÇIQLAMA - Türkiyə Odessa və Nikolayevin işğalının qarşısını aldı

Rusiyanın genişmiqyaslı işğalın başlanğıcında Bosfor və Dardanel boğazlarının bağlanması, Odessa və Nikolayevin işğalına mane olub.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasili Bondar deyib.

“Türkiyənin boğazları bağlaması Rusiyanın dənizdən işğal planlarını həyata keçirməsinə imkan vermədi. Bu, Ukraynanın müdafiəsinin əsas mərhələlərindən biri oldu”, - deyə səfir bildirib.

O həmçinin vurğulayıb ki, Türkiyə Ukrayna üçün əhəmiyyətli bir nəqliyyat mərkəzinə çevrilib. Hazırda iki ölkə arasında nəqliyyat sahəsində vizasız rejim tətbiq edilir. Bunun sayəsində Ukrayna şirkətləri heç bir xüsusi lisenziya və icazə olmadan Türkiyə və digər limanlardan mühüm yüklərin daşınmasını həyata keçirirlər.

Musavat.com

Избранный
7
2
musavat.com

10Источники