Misli Premyer Liqasının 14-cü turunda öz meydanında "Sabah"la 1:1 hesablı heç-heçə edən "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, 72 yaşlı mütəxəssis belə danışıb:
"Güclü rəqibə qarşı oynadıq. Heç-heçə ədalətli nəticədir. Sadə vəziyyətdə qol buraxdıq. Futbolçular ikinci yarıda verilən tapşırıqların öhdəsindən gəlmədilər. Epizodlardan daha yaxşı istifadə etməliydik".
Nihat