“Bu gün güclü rəqibə qarşı oynadıq. “Sabah” yaxşı komplektləşdirilmiş komandadır. Heç-heçə ədalətli nəticədir. Uğursuz epizoddan qol buraxdıq”.
Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah”la görüşündən (1:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb:
– Komanda 60-cı dəqiqədən sonra oyundan qopdu. Bunun səbəbi nə idi?
– Bu, əsasən hesabı qorumaqla bağlı idi. Amma əvvəlki temp və istəklə davam etmək olardı.
– Növbəti turun “Araz-Naxçıvan”la matçını 6 xallıq oyun adlandırmaq olar?
– İstənilən rəqibə qarşı hazırlaşırıq. Onların hansı yerdə olmasının önəmi yoxdur.
– Oyun planında nələr alınmadı?
– İkinci hissədə lazım olanları yerinə yetirmədik. Nələrin alınmadığını demək üçün təhlil etmək lazımdır.
– Tural Bayramlının son vaxtlar az oynamasının səbəbi nədir?
– Kim daha optimal formadadırsa, o da oynayır.