RU

"Atəşkəs üçün İsraildən cavab gözləyirik"

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, İsrail və Hizbullah arasında atəşkəs üçün İsrail hökumətindən konkret və qəti cavab gözlədiklərini söyləyib.

Turkustan.az xəbər verir ki, Borrell Livanın paytaxtı Beyrutda parlament sədri Nebih Berri ilə görüşdükdən sonra mətbuat mənsublarına açıqlamalar verib və sualları cavablandırıb.

ABŞ prezidenti Co Baydenin baş müşaviri Amos Hokşteynin keçən həftə Livana gəldiyini xatırladan Borrell atəşkəs təklifinin Berri-Hochstein görüşündən sonra İsrail hökumətinə çatdırıldığını qeyd edib.

Borrell: "Hazırda İsrail hökumətindən atəşkəs üçün konkret və qəti cavab gözləyirik. Ümid edirik ki, masada olan bu həll yolu ABŞ və Fransanın iştirakı ilə uğurlu olacaq" - deyə açıqlama verib.

Berri ilə görüşündə Livanın əsas məqsədinin atəşkəsə nail olmaq olduğunu ifadə edən Borrell, Livanın ən qısa zamanda prezidentə ehtiyacı olduğunu bildirib.

Aytən Yaşar/ Turkustan.az

Избранный
28
22
turkustan.az

10Источники