ABŞ prezidenti Co Bayden və Fransa dövlət başçısı Emmanuel Makron 36 saat ərzində İsrail və “Hizbullah” arasında Livanda atəşkəs elan edəcəklər.
Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, biz Livanda atəşkəsə yaxınıq.
Fransa tərəfi də atəşkəs danışıqlarında əhəmiyyətli irəliləyiş əldə etdiyini qeyd edib.
Məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahunun ofisi sazişin mətninin təsdiqlənməsi ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Daşqın HəsənovMissiya.Az