RU

Yük təyyarəsi Vilnüsdə yaşayış binasının üzərinə düşüb



Bazar ertəsi, noyabrın 25-də Leypsiqdən uçan yük təyyarəsi Litvanın paytaxtında ikimərtəbəli yaşayış binasına çırpılıb və yanıb. Bu barədə LRT məlumat yayıb.
Polisin məlumatına görə, təyyarənin qəzaya uğraması barədə məlumat yerli vaxtla saat 5:31-də daxil olub. Təyyarə Vilnüs hava limanı yaxınlığındakı Zirnu küçəsində yerləşən evlərdən birinin üzərinə düşüb.

Təyyarə DHL kuryer və logistika şirkətinə məxsusdur. Təyyarədə dörd nəfər olub: iki pilot və iki DHL əməkdaşı. Evdə neçə nəfərin olduğu hələlik məlum deyil. Yanğının söndürülməsinə 7 yanğınsöndürən maşın cəlb olunub.
Yanğın və Xilasetmə İdarəsinin sözçüsü LRT-yə bildirib ki, azı bir nəfər ölüb, iki nəfər yaralanıb. İlkin məlumatlara görə, söhbət təyyarədə olan şəxslərdən gedir. Təyyarənin pilotlarından biri xilas edilib və huşunu itirib.

aia.az
Tərcümə şöbəsi



Избранный
22
aia.az

1Источники