
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisininn heyətində dəyişiklik edilib.
Reyting.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.
Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.
Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.