RU

Vilnüsdə DHL yük təyyarəsinin qəzaya uğramasının səbəbləri araşdırılır – ÖZƏL

Litvanın Vilnüs şəhərində DHL şirkətinə məxsus yük təyyarəsinin yaşayış evinə düşməsi texniki nasazlıqlar səbəbindən baş vermiş ola bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə LRT portalı Milli Böhranların İdarə Edilməsi Mərkəzinə istinadən məlumat yayıb.

Qəza 25 noyabr, bazar ertəsi, səhər saatlarında baş verib. Təyyarədə olan dörd nəfərdən biri - pilotlardan biri xilas edilib. İki nəfər xəstəxanaya yerləşdirilib. Təyyarə Vilnüsdə iki mərtəbəli yaşayış evinə çırpılıb.

Hava limanının nümayəndəsi Marius Zelanyus Litva milli radiosuna bildirib ki, qəza zamanı 12 sakin təxliyə olunub və hadisə hava limanının fəaliyyətinə təsir etməyib.

Təyyarə Moskva vaxtı ilə 05:08-də Leyptsiqdən qalxaraq Vilnüsə doğru istiqamət almışdı. Hal-hazırda hadisə yerində aidiyyəti qurumlar işləyir. Araşdırmalar davam edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
9
olaylar.az

1Источники