RU

Santuş "qara siyahı" hazırladı - Millinin qapılarını bu futbolçuların üzünə bağlayır

Millinin baş məşqçisi Fernandu Santuş «qara siyahı» hazırlayıb.

Dekabrın əvvəlində AFFA rəhbərliyi ilə İcraiyyə Komitəsi səviyyəsində görüşə hazırlaşan portuqaliyalı çalışdırıcı komandada görmək istəmədiyi futbolçuların adlarını ora daxil edib.

Həmin siyahıda 4 nəfər yer alıb.

Qarşıdakı günlərdə isə bu rəqəm daha da arta bilər. Çünki 70 yaşlı mütəxəssis köməkçilərinin hər birinə Millətlər Liqasının oyunlarının təhlilini aparmağı və analizlərin ayrı-ayrılıqda ona təqdim olunmasını tapşırıb.

Santuş bu qənaətdədir ki, yığmanın C Liqasından daha aşağıya - D Liqasına yuvarlanması sırf bəzi oyunçuların məsuliyyətsizliyindən qaynaqlanır.

O, ümumiyyətlə, özündə günah görmür, işinin öhdəsindən layiqincə gəldiyini düşünür.

Baş məşqçi hesab edir ki, futbolçular klubla milli arasında ciddi fərq qoyur, bura gələndə yaxşı nəticə yox, özünü qorumaq barədə fikirləşir.

SPORTİNFO.AZ

Избранный
9
6
sportinfo.az

7Источники