RU

Rusiya vilayətində nazir və müavini saxlanıldı

Təhlükəsizlik qüvvələri Rostov vilayətinin qubernatorunun müavini - nəqliyyat naziri Vitali Kuşnarev və nəqliyyat nazirinin müavini Dmitri Mamelkonu saxlayıblar.

"Unikal" xəbər verir ki, bu barədə regionun informasiya siyasəti nazirinin müavini Sergey Tyurin bildirib. 

Tyurinin sözlərinə görə, Nəqliyyat Nazirliyi hazırda adi rejimdə işləyir: "Hüquq-mühafizə orqanlarının əməkdaşları Kuşnarev və Mamelkonu saxlayıblar. Rostov vilayətinin hökuməti hüquq-mühafizə orqanlarına hərtərəfli yardım göstərir. Hazırda Nəqliyyat Nazirliyinin işi adi qaydada aparılır". 

Ağarza Elçinoğlu 

Избранный
13
50
unikal.az

10Источники