RU

BƏƏ-də ravvin öldürülüb – Türkiyəyə qaçan özbəklərdən şübhələnirlər

İsrail və Moldovanın noyabrın 21-də itkin düşən vətəndaşı ravvin Zvi Koqanın meyidi Birləşmiş Ərəb Əmirliklərində tapılıb.

Musavat.com “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, Koqanın avtomobili Əbu-Dabidən 150 kilometr aralıda aşkarlanıb. Avtomobildə mübarizə izləri müşahidə edilib. İsrail hakimiyyəti ravvin öldürüldüyünü bildirib və hadisəni antisemitizm xarakterli terror aktı adlandırıb. Baş nazirlik və ölkənin Xarici İşlər Nazirliyindən verilən açıqlamada Türkiyəyə qaçdığı güman edilən bir neçə Özbəkistan vətəndaşının cinayətdə əli ola biləcəyi bildirilir.

Ravvin Koqan Əbu-Dabidəki yəhudi Çabad hərəkatını təmsil edirdi. O, 2020-ci ildə İsrail və BƏƏ arasında münasibətlərin normallaşmasından sonra əmirliyə köçüb.

Onun yoxa çıxması noyabrın 23-də, yaxınları ilə ünsiyyətini dayandırdıqdan iki gün sonra məlum olub. BƏƏ Daxili İşlər Nazirliyi araşdırma apardığını bildirir.

İsrailin “Ynet” nəşri xəbər verir ki, ravvinin qətlində şübhəli bilinən şəxslər Türkiyəyə qaçmış ola bilərlər. İsrail hakimiyyəti cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyinə söz verib.

Hazırda ravvinin qətlində Özbəkistan vətəndaşlarının iştirakı ilə bağlı rəsmi məlumat yoxdur.

Musavat.com

Избранный
20
2
musavat.com

3Источники