RU

Bəzi tələbələr nə üçün dərsə maraq göstərmirlər?

"Bir çox tələbə universitetə daxil olduqdan sonra öyrənməyə olan marağını itirir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri motivasiya çatışmazlığıdır:

"Çoxları universitetə valideynlərin təzyiqi, cəmiyyətin gözləntiləri və ya özləri istəmədikləri ixtisası seçmələri səbəbindən daxil olur. Bu halda tələbələrə dərslər maraqsız gəlir. Çünki özlərini maraqlandırmayan sahədə oxumaq onlar üçün sadəcə bir məcburiyyətə çevrilir. 

Həmçinin, məqsədin aydın olmaması da mühüm faktordur. Tələbələr tez-tez seçdikləri ixtisasın həyatlarına nə qatacağını bilmirlər. Bu isə dərslərə səthi yanaşmalarına səbəb olur".

363105

Psixoloq qeyd edib ki, əzbərçiliyə əsaslanan təhsil sistemi, yaradıcılıq və praktik biliklərin çatışmazlığı tələbələrin marağını azaldır: 

"Eyni zamanda, burada ətraf mühitin təsiri də böyükdür. Dost çevrəsi dərslərə səthi yanaşdıqda, bu davranış digər tələbələrə də təsir edir. Bu problemi həll etmək üçün tələbələrdə motivasiya yaratmaq, onların maraqlarını və məqsədlərini dəqiqləşdirmək lazımdır".

Ülviyyə İlqarın fikrincə, tələbələrin maraq göstərmədikləri ixtisasları seçməməsi üçün onlara daha erkən mərhələdə düzgün istiqamət verilməlidir:
"Təhsildə praktik və maraqlı yanaşmalar tətbiq olunsa, tələbələr dərslərin real həyatda necə faydalı olduğunu görərək daha böyük həvəslə oxuya bilərlər".

Pərviz

Избранный
29
20
hit.az

10Источники