RU

Ukraynaya qoşun göndərilməsi ilə bağlı müzakirələr başlayıb

Ukraynaya

Qərb qoşunlarının və özəl hərbi şirkətlərin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələrə yenidən start verilib.

Reyting.az
-ın xəbərinə görə, bu barədə “Le Monde” nəşri öz mənbələrinə istinadla yazıb.

Bildirilir ki, əksəriyyəti məxfi xarakter daşıyan həssas müzakirələr, Donald Trampın vəzifəyə başlamasından sonra Amerikanın Kiyevə mümkün dəstəyini geri çəkməsi fonunda bərpa edilib.

Nəşr yazır ki, Ukraynaya mümkün qoşun yeridilməsi ssenarisi Böyük Britaniyanın baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfəri sayəsində yenidən aktuallıq qazanıb.

“Böyük Britaniya və Fransa arasında müdafiə sahəsində əməkdaşlıq, xüsusən də Ukrayna və Avropanın təhlükəsizliyinə daha geniş diqqət yetirən Avropada möhkəm müttəfiq nüvəsinin yaradılması məqsədi ilə danışıqlar aparılır”, - Britaniya hərbi mənbəsi “Le Monde”-yə bildirib.

Qeyd olunur ki, hazırda Qərb qoşunlarının Ukraynaya göndərilməsinə rəsmi icazə olmasa da, təkliflər bir neçə aydır müzakirəyə çıxarılıb.

E. KAMAL
Избранный
10
reyting.az

1Источники