RU

DNT də şəhadət edir: Allah var!..- ARAŞDIRMA

“Mövcud faktlar məni ilk canlı orqanizmin cansız materiyadan əmələ gəldiyini, sonra isə təkamül yolu ilə qeyri-adi mürəkkəb varlığa çevrildiyini iddia edən nəzəriyyənin absurdluğuna inandırdı...”
 
Məşhur fəlsəfə professoru Entoni Flyunun təqdimatı elm dünyası üçün əsl şok oldu. Təkzibolunmaz faktların təzyiqi altında alim 2004-cü ildə ateizmin böyük yanlışlıq olduğunu etiraf etdi.
 
Artıq yaşı 80-i ötmüş alim uzun illər elmi ateizmin sütunlarından biri olub. Uzun onilliklər ərzində Flyu "Allah yoxdur" tezisi əsasında kitablar nəşr edib və mühazirələr oxuyub. Lakin 2004-cü ildən bəri bütöv bir silsilə elmi kəşflər böyük alim-ateistin fikirlərini dəyişməyə məcbur etdi. Flyu açıq şəkildə  səhv etdiyini və Kainatın öz-özünə yarana bilməyəcəyini, onun  açıq-aydın bizim təsəvvür etdiyimizdən daha güclü biri tərəfindən yaradıldığını bəyan etdi. Halbuki, digər ateist elm adamları kimi o da əmin idi ki, zamanın başlanğıcında ilk canlı maddə sadəcə olaraq ölü maddədən yaranıb.
"Bu gün həyatın mənşəyi və ilk reproduktiv orqanizmin meydana gəlməsi haqqında ateist nəzəriyyənin qurulmasını təsəvvür etmək mümkün deyil", - Flyu deyir.
 
Alim bəyan edir ki, DNT molekulunun quruluşuna dair müasir məlumatlar onun öz-özünə yaranmadığını, başqasının əsəri olduğunu təkzibedilməz şəkildə sübut edir. Genetik kod və molekulda saxlanılan hərfi mənada ensiklopedik məlumat həcmləri kor TƏSADÜF ehtimalını təkzib edir...
 
“DNT-nin bioloji tədqiqi göstərdi ki, həyatın mənşəyi üçün çoxlu müxtəlif amillərin həqiqətən inanılmaz kombinasiyası tələb olunur və bu, şübhəsiz ki, bütün bunlarda yarada bilən birinin iştirak etdiyi qənaətinə gətirir... Mövcud faktlar məni ilk canlı orqanizmin cansız materiyadan əmələ gəldiyini, sonra isə təkamül yolu ilə qeyri-adi mürəkkəb varlığa çevrildiyini iddia edən nəzəriyyənin absurdluğuna inandırdı... İndi, kortəbii təbii təkamül ssenarisinə görə, özünü çoxalda bilən ilk orqanizmin mənşəyinin mümkünlüyü haqqında düşünməyin özü belə, təhqiredici görünür", - deyən Flyu bu yanaşmada tək deyil. DNT molekulunun spiral quruluşunu ilk təsvir edənlərdən biri olan britaniyalı bioloq Frensis Krik də onunla eyni fikirdədir.
“Bu gün bizim əlimizdə olan bilik dünyasında qərəzsiz düşünən insanın gələ biləcəyi yeganə nəticə həyatın hansısa gözəl yaradılışın nəticəsi olduğunu qəbul etməkdir, əks halda  həyatın doğulması və inkişafı üçün zəruri olan çox sayda amillərin heyrətamiz dərəcədə dəqiq qarşılıqlı təsirini necə izah etmək olar..."- deyə Frenk vurğulayır.
 
Amerikalı biokimyaçı Maykl Behedə həmkarlarıyla razıdır:
“Son 50 il ərzində biokimyaçılar insan hüceyrəsinin bir çox mühüm sirlərini aşkar ediblər. Bu sirləri açmaq üçün on minlərlə insan həyatını laboratoriya tədqiqatlarına həsr edib. Amma canlı orqanizmin öyrənilməsinə sərf olunan bütün səylər bir nəticə verdi: “Yaradılış”.
 
"İslam-today".
 
Tərcümə və təqdim etdi:
 
Sultan Laçın
 
Избранный
14
moderator.az

1Источники