İsrail və Livan arasında vasitəçilikdən geri çəkilə bilər.
“Cebheinfo.az” "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, İsrail ilə Livan arasında atəşkəsin təmin olunması ilə aparılan danışıqlarda vasitəçilik edən ABŞ rəsmisi Amos Hokşteyn İsrail rəhbərliyinə bu barədə xəbərdarlıq edib.
"Kanal 13"-ün məlumatına görə, ABŞ nümayəndəsi Amos Hokşteyn İsrail rəsmilərini Tel-Əvivin ABŞ-nin təklifini qəbul etmədiyi təqdirdə, İsrail və Livan arasında atəşkəs razılaşmasına vasitəçilik etməkdən geri çəkiləcəyi ilə hədələyib.
Hokşteyn İsrailin ABŞ-dəki səfiri Maykl Herzoqla görüş zamanı bildirib ki, Təl-Əviv ABŞ-nin Livanla atəşkəs təklifinə müsbət cavab verməsə, ABŞ iki tərəf arasında danışıqlara vasitəçilik etməyəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəsmisi Amos Hokşteyn Beyruta iki günlük səfər edib. Səfər zamanı Hokşteyn Livan rəsmiləri ilə görüşüb.
ABŞ nümayindəsi Livandan sonra İsrailə də rəsmi səfər edib.
Hokşteyn həm Livan, həm də İsrail rəsmiləri ilə görüşdə Vaşinqtonun Livanın "Hizbullah" qruplaşması ilə İsrail arasında atəşkəsin təmin olunmasında maraqlı olduğunu bildirib.
İsrailin Baş naziri Benyamin Netanyahu atəşkəslə razılaşmaq üçün şərt olaraq Livanın cənubunda hərbi əməliyyatlar keçirmək azadlığını tələb edib. Bir həftə əvvəl təqdim edilən bu şərt əvvəllər ABŞ-nin təklifini nəzərdən keçirən Livan parlamentinin sədri Nəbih Berri tərəfindən artıq rədd edilib.
İsrail Baş naziri Benyamin Netanyahu Livanla bir şərtlə atəşkəsə gedəcəyini bəyan edib. Netanyahu İsrail ordusunun Livanın cənub ərazilərində hərbi əməliyyatlarının davamını tələb edib.
“Biz iki şərtlə danışıqlar aparırıq. Birincisi, İsrail təcavüzünün tam və hərtərəfli dayandırılması, ikincisi, Livanın suverenliyinin qorunmasıdır”.
"Kanal 14" telekanalı adı açıqlanmayan yüksək rütbəli bir İsrail rəsmisinə istinadla bildirib ki, İsrail Livandakı müharibəni bitirmək ərəfəsindədir və bunun yaxın günlərdə baş verməsi gözlənilir.
Rəsmi əlavə edib ki, atəşkəs sazişi amerikalıların iştirakı ilə imzalanacaq. Onun sözlərinə görə, bu saziş müvəqqəti xarakter daşıyacaq və ondan sonra daimi atəşkəs sazişi ilə bağlı danışıqlar aparılacaq.
İsrail rəsmisi daha sonra qeyd edib ki, İsrailin şimalında döyüşlərin dayandırılması iqtisadi sabitliyi bərpa edəcək və aviasiya üçün hava məkanını yenidən açacaq.