RU

“Örüş sahələri kimlərəsə icarəyə verilib, sakinlər əziyyət çəkirlər” – Deputat

Milli Məclisdə Zərdab, Ucar, Kürdəmir sakinlərinin problemləri səsləndirilib. 

Bizim.Media xəbər verir ki, deputat Jalə Əliyeva parlamentin bugünkü plenar iclasında deputat seçildiyi həmin rayonların kəndlərindəki su, örüş yerlərinin çatışmazlığı problemini hökumət nümayəndələrinin diqqətinə çatdırıb. 

O bildirib ki, bu problemlərdən dolayı kəndlilər yaşayış yerlərini dəyişməyə məcbur qalırlar: 
 

“Hər bir kənd sakinlərinin əsas gəlir sahəsi əkinçilik və heyvandarlıqdır. Zərdab, Ucar, Kürdəmir rayonunda örüş sahələri bir zamanlar kimlərəsə icarəyə verilib ki, bu da kəndlilər üçün indi problemə çevrilib. Zərdab, Ucar rayonlarının bir neçə kəndində sakinlər suvarmada əziyyət çəkirlər. 


Ucar rayonun Lək kəndində, Kürdəmirdə elektrik xətləri təhlükəli vəziyyətdədir. Həmin kəndlərdə elektrik xətlərinin yenilənməsinə ehtiyac var. Sakinlərinin yaşayış yerlərini dəyişməsi ilə məktəblərdə şagird sayı azalır ki, bu da siniflərin, məktəblərin bağlanmasına gətirib çıxarır. Bu da müəllimlərin işsiz qalmasına səbəb olur”. 

Günay Şahmar, Bizim.Media

Избранный
6
bizim.media

1Источники