Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağı tərk etmiş ermənilərə, xüsusən də ictimai xidmətə daxil olmaq istəyənlərə vətəndaşlıq verilməsi prosedurunu sürətləndirəcəyini vəd edib.
7News.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, bu barədə canlı yayımda vətəndaşların suallarını cavablandırarkən bildirib.
Baş nazir qeyd edib ki, o, aidiyyəti strukturlara bu proseduru mümkün qədər sürətləndirməyi tapşırıb.