RU

Tramp tezliklə Bayden ilə MASAYA OTURACAQ: Mövzu Ukraynadır

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası bu il Ukraynadakı vəziyyəti həll etmək üçün hazırkı administrasiya ilə birgə çalışacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, respublikaçı, Trampın milli təhlükəsizlik məsələləri üzrə gələcək köməkçisi Mayk Vals məlumat verib.

“Tramp açıq şəkildə bildirib ki, bu münaqişəyə ya razılaşma, ya da atəşkəs yolu ilə son qoymaq lazımdır. Hər iki tərəfin danışıqlar masası arxasına necə gətiriləcəyi və sövdələşmənin parametrləri müzakirə olunmalıdır. Bu, yanvar ayına qədər və ondan sonra bu administrasiya ilə işləyəcəyimiz məsələdir", - deyə Vals "Fox News"a bildirib.

O əlavə edib ki, o, artıq ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivanla görüşüb və Amerikanın rəqiblərinin keçid dövründən faydalana bilməyəcəklərini qeyd edib.

Избранный
8
1
publika.az

2Источники