RU

Bayden və Makron Trampın Ukraynada sülh planına qarşı- raket icazəsindən sonra, Ukraynaya Avropa qoşunlarının göndərilməsi gündəmə gəldi...

Image

Avropada Ukraynaya qoşun və ya özəl hərbi şirkətlərdən döyüşçülər göndərilməsi ilə bağlı müzakirələr başlayıb. Qeyd edilir ki, müzakirələr əsasən Britaniya ilə Fransa arasında gedir.

Bu ideyanı ilk gündəmə gətirən də məhz Fransadır. Aylar əvvəl Fransa prezidenti belə bir təkliflə çıxış etmişdi. Ancaq onun bu təklifi Avropada dəstək qazanmamışdı. Avropa İttifaqının bir sıra ölkələri Makronun bu planlarına qarşı çıxaraq, Ukraynaya Avropa qoşunlarının göndərilməsinin vəziyyəti daha da gərginləşdirəcəyini bildirmişdi.

“Le Monde” qəzeti yazır ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin noyabrın 11-də Fransaya səfərindən sonra məsələ yenidən gündəmə gəlib. Bildirilir ki, son həftələr Avropada Qərb qoşunlarının və özəl kompaniyaların döyüşçülərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr yenidən başlayıb. Bu, Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından sonra Birləşmiş Ştatların Ukraynanı dəstəkləməkdən mümkün imtinası ilə izah olunur.

Kremlin sözçüsü Dmitri Peskov isə, Britaniya və Fransanın Ukraynaya qoşun yeritmək imkanını müzakirə etdiyinə dair xəbərlərin doğruluğundan əmin olmadıqlarını bildirib. Peskov bildirib ki, Avropada bu məsələdə konsensus yoxdur. Peskov bu cür fikirlərin əvvəllər də bəzi Avropa paytaxtlarında səsləndiyini, lakin müxalif arqumentlərin də irəli sürüldüyünü bildirib. 

“Bu məsələdə avropalılar arasında birlik yoxdur, amma təbii ki, bəzi “qaynar düşüncələr” ortaya çıxır”, - sözçü əlavə edib.

Qeyd edək ki, Trampın vəzifəsinin icrasına başladıqdan sonra Ukraynaya yardımları dayandıracağı gözlənilir. Ümumiyyətlə Trampın niyyəti ümumilikdə Ukraynada müharibəni dayandırmaqdır və məlumatlara görə, bununla bağlı sülh planı da hazırdır. Ancaq görünən odur ki, ABŞ-da Bayden administrasiyası, Avropada Makron və bəzi liderlər Ukraynada müharibənin dayanmasında maraqlı deyillər. Elə buna görə də Kiyevə Qərb raketlərilə Rusiyanın dərinliklərini vurmağa icazə verməkdən tutmuş, Ukraynaya Avropadan qoşun göndərilməsinə qədər hər şeyə hazır göstərməyə çalışırlar. Ancaq sözügedən liderlər indiyə kimi Kiyevin ehtiyacı olanları ya ümumiyyətlə verməyiblər, ya da xəsisliklə, qısaraq veriblər. 

Son addımlardan da belə görünür ki, Bayden administrasiyası və Makron Ukraynada müharibənin dayanmasını istəmirlər və Tramp vəzifə başına gələnə qədər vəziyyəti mümkün qədər daha da gərginləşdirməyə çalışırlar.






Избранный
12
baki-xeber.com

1Источники