Məsələyə əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında aydınlıq gətirib. O bildirib ki, ev xüsusi mülkiyyətdədirsə, satıla bilər:
“Xəbəri eşitdim, videogörüntüləri də gördüm. Tarixi ev deyil, köhnə bir evdir, ola bilsin ki, reklam xətrinə belə adlandırırlar. Amma ev xüsusi mülkiyyətdədirsə, vətəndaş onu sata bilər. Tarixi, qorunan abidələrə aid deyil, çıxarışlı əmlakdır. Kiminsə evidir, ola bilər ki, həmin şəxs nə vaxtsa o evdə qalıb, yaşayıb”.
Törə Zeynallı
Demokrat.az