RU

Ərdoğan Kılıçdaroğlunu məhkəməyə verdi

Türkiyə prezidenti Ərdoğan CHP sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Gundem.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Hüseyn Aydın məlumat yayıb. 

Prezident Ərdoğan Cümhuriyyət Xalq Partiyasının keçmiş sədri Kamal Kılıçdaroğlunun həbs və siyasi qadağa tələbi ilə məhkəmə iclasında söylədiyi sözlərə görə 500 min TL təzminat iddiası qaldırıb.

"15 iyul 2016-cı il qanlı dövlət çevrilişi cəhdindən dərhal sonra Prezidentimiz siyasi müzakirələrimizdə minimum nəzakət mühitini həmişəlik yaratmaq ümidi və arzusu ilə Kılıçdaroğluna qarşı açdığı bütün iddialardan imtina etdi. Səkkiz il keçməsinə baxmayaraq, Kılıçdaroğlu tərəfindən minimum siyasi nəzakət məsələsində heç bir irəliləyiş yoxdur. Əksinə, kobudluq davranış nümunəsinə çevrilib", - vəkil bildirib. 

Məqaləyə dair fotomateriallar:

 

Избранный
16
5
gundem.az

10Источники