RU

Dövlət sirri təşkil edən məlumatları yaymaqda təqsirləndirilən hərbi-ekspert həbs edilib

Bakı. Trend:

Prokurorluq orqanları tərəfindən digər hüquq-mühafizə orqanlarıilə birgə dövlət sirri təşkil edən məlumatların, habeləpaylaşılması qanunvericiliklə qadağan edilən informasiyaların mediasubyektləri və internet resurslarında yayılması hallarına qarşımütəmadi olaraq tədbirlər görülür.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, butədbirlərin davamı kimi, media subyektləri və internetresurslarında aparılan monitorinq zamanı cari il noyabrın 22-dəAzərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İctimai Səhiyyə vəİslahatlar Mərkəzi” Publik Hüquqi Şəxsin mülki müdafiə qərargahınınrəisi vəzifəsində işləyən, Azərbaycan Respublikasının SilahlıQüvvələrində ixtisaslı zabit kimi hərbi xidmət keçmiş xüsusisəlahiyyət üzrə hərbi-ekspert Ədalət Verdiyev tərəfindən dövləttəhlükəsizliyini və müdafiə qabiliyyətini təmin edən mənafelərəağır nəticələrə səbəb olan mühüm zərər vurulması müəyyənolunub.

Bildirlir ki, fakta görə cinayət işi başlanaraq ibtidaiistintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvaləedilib.

"İstintaqla, işğaldan azad olunmuş ərazilərə noyabrın 22-dətəşkil olunmuş mediaturda hərbi-ekspert qismində iştirak etmişƏdalət Verdiyevin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinindöyüş məntəqələrinin yerləşdiyi yüksəklikləri, sərhəd qoşunlarınındislokasiyası yerlərini, koordinatlarını və əməliyyat şəraitininümayiş etdirib şərhlər verməklə videoçəkiliş apardıqdan sonrahəmin videonu özünə məxsus sosial şəbəkə hesabı vasitəsiləqeyri-məhdud sayda izləyicilərin baxa biləcəyi səviyyədə yaymasına,yəni öz qulluq səlahiyyətlərindən istifadə etməklə AzərbaycanRespublikasının qanunla qorunan dövlət təhlükəsizliyini və müdafiəqabiliyyətini təmin edən mənafelərinə ağır nəticələrə səbəb olanmühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib", - məlumatdavurğulanıb.

Qeyd edilir ki, toplanmış sübutlar əsasında Ədalət VerdiyevCinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağırnəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkbarəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədirayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Cinayət işi üzrə iş üzrə ibtidai istintaq davam etdirilir, iş üzrətəqsiri müəyyən edilmiş şəxslərin məsuliyyətə cəlb edilməsi vəictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaqdır.

Məqalədə:
Избранный
9
49
az.trend.az

10Источники