RU

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

Böyük Britaniya Rusiyanın sığorta şirkətlərinə qarşı yeni sanksiyalar tətbiq edib. 

Valyuta.Az xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Məlumatda "AlfaSığorta" və "VSK" kimi iri sığorta şirkətlərinin adı Böyük Britaniya Xarici İşlər Nazirliyinin yaydığı "qara siyahıya" daxil edilib.  

Rəsmi açıqlamada bildirilib ki, bu iki şirkətin sanksiya siyahısına daxil edilməsi onların guya Rusiya hökumətini dəstəkləməklə mənfəət əldə etməsi ilə əlaqələndirilib. Bu şirkətlərin Rusiya hökuməti üçün strateji əhəmiyyət daşıyan sektorda fəaliyyət göstərərək dəstək təmin etdikləri vurğulanıb.  

Sanksiyalar yalnız sığorta şirkətləri ilə məhdudlaşmayıb. Məhdudiyyətlər, həmçinin, Rusiyadan üçüncü ölkələrə neft və neft məhsullarını daşımaq üçün istifadə olunan 30 tankeri də əhatə edib. Diplomatik mənbələr bildiriblər ki, bu gəmilər Ukraynanın sabitliyinin, onun ərazi bütövlüyünün, suverenliyinin və müstəqilliyinin pozulması ilə nəticələnən fəaliyyətlərdə iştirak edib və Rusiya hökumətini dəstəkləməklə mənfəət əldə edib.  

Qeyd edək ki, bir neçə gün əvvəl Böyük Britaniya korrupsiyaya qarşı mübarizə çərçivəsində ukraynalı milyarder Dmitri Firtaş (Dmytro Firtash) və onun həyat yoldaşı Lada Firtaşı sanksiya siyahısına daxil etmişdi. Rəsmi açıqlamalara görə, Firtaşın mədən hasilatı üçün lisenziyaların alınması zamanı dövlət rəsmilərini rüşvətlə təmin etdiyi və Ukraynanın qaz nəqli şəbəkəsinin əmlakını mənimsəməsi ilə əlaqəsi olduğu ehtimal edilir. Tətbiq olunan sanksiyalar milyarderin aktivlərinin dondurulmasını və Böyük Britaniya ərazisinə girişinə qadağa qoyulmasını nəzərdə tutur.  

Rəhim

Избранный
36
valyuta.az

1Источники