Bakı. Trend:
Fransa Dövlət Dəmir Yollarının (SNCF) əməkdaşları növbəti tətiləhazırlaşırlar.
Trend xəbər verir ki,həmkarlar təşkilatları dekabrın 11-də axşam saatlarından başlayaraqtətil keçirmək barədə qərar qəbul edib. Etiraz aksiyasına səbəbSNCF-in yük bölməsinin özəlləşdirilməyə çıxarılmasıdır. Dəmiryolçuların həmkarlar təşkilatları konfederasiyaları özəlləşdirməyəmoratorium qoyulması tələbini irəli sürüb.
Qeyd edək ki, SNCF-in yük bölməsinin özəlləşdirilməsi tələbiniAvropa Komissiyası irəli sürüb. Komissiya bu bölməyə dövlətdotasiyasını əsassız hesab edir.