RU

Almaniya ilin sonuna qədər iki IRIS-T hava hücumundan müdafiə sistemini Ukraynaya verəcək

Almaniya Ukraynaya müdafiə yardımı çərçivəsində daha iki IRIS-T qısa və orta mənzilli hava hücumundan müdafiə sistemi verəcək.

Bunu Almaniya Müdafiə Nazirliyinin Ukrayna məsələləri üzrə xüsusi qərargahının rəhbəri, general-mayor Kristian Freydinq deyib.

Kiyevdə jurnalistlərə açıqlama verən alman müdafiə rəsmisinin sözlərinə görə, onun ölkəsi Ukraynanı bu hava hücumundan müdafiə sistemləri ilə “yaxın günlər və həftələr ərzində” təmin edəcək.

“Növbəti IRIS-T SLM (orta mənzilli) və SLS (qısa mənzilli) raket sistemləri Ukraynaya Milad bayramına qədər (çatdırılacaq”, - o deyib.

Eyni zamanda, Freydinq Almaniyanın Ukraynaya dəstəyinin “Milad bayramından sonra və Almaniyada federal seçkilərin planlaşdırılan 23 fevral tarixindən sonra da davam edəcəyini” vurğulayıb.

O, həmçinin bildirib ki, Almaniya son günlər Ukraynaya artilleriya haubitsaları, tanklar və Marder piyada döyüş maşınları tədarük edib.

Oxuməni.az.

Избранный
22
oxumeni.az

1Источники